Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü keçiriləcək

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü keçiriləcək
# 05 sentyabr 2019 18:03 (UTC +04:00)

Bu ilin oktyabrın 14-15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü keçiriləcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “APA-Economics”ə verilən məlumata görə, görüş çərçivəsində həmçinin Bakıda türkdilli dövlətlərin sahibkarlarının beynəlxalq biznes forumu da təşkil olunacaq.

Bununla bağlı Konfederasiyanın prezidenti Məmməd Musayev Şuranın Baş katibi Bağdad Amrayevlə görüşüb.

Görüşdə B. Amrayev Azərbaycanın Astanada ticarət evi açmasını böyük rəğbətlə qarşıladığını bildirərək, qarşıdakı sammitin mühüm hadisələrlə yadda qalacağına toxunub. Onun sözlərinə görə, tədbirdə Macarıstan Ticarət və Sənaye Palatası, Macarıstan hökuməti iştirak edəcək, eyni zamanda Özbəkistan və Türkmənistanla yanaşı Macarıstan da müşahidəçi qismində təmsil olunacaq.

Oktyabrın 5-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində beynəlxalq biznes forum keçiriləcəyini vurğulayan B. Amrayev, Konfederasiya üzvlərinin bu forumda geniş sahibkar heyətilə təmsil olunmasının məqsədəuyğunluğunu söyləyib.

ASK prezidenti Daşkənddə olacaq biznes forumla bağlı Konfederasiyanın dəstək verəcəyini vurğulayıb. M. Musayev həmçinin Bakı forumunun yüksək səviyyədə keçirilməsi üçün bütün imkanların səfərbər olunacağını və sahibkarların qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması üçün şərait yaradılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR