Sabunçu rayonu üzrə 376 layihənin maliyyələşməsinə 38 mln. manata yaxın güzəştli kredit verilib

Sabunçu rayonu üzrə 376 layihənin maliyyələşməsinə 38 mln. manata yaxın güzəştli kredit verilib
# 12 oktyabr 2019 11:55 (UTC +04:00)

Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə Bakının Sabunçu rayonunda bu günədək 376 investisiya layihəsinin maliyyələşməsinə 37,7 mln. manat güzəştli kredit verilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Fondun təşkilatçılığı ilə Sabunçu rayonunda təşkil olunan işgüzar forumda çıxış edərkən nazir müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Fond tərəfindən indiyədək Bakı şəhəri və qəsəbələrində 8 minədək sahibkarın iştirakı ilə 70-ə yaxın işgüzar forum və maarifləndirmə tədbirləri keçirilib.

Özəl bölmənin inkişafına dövlət dəstəyi tədbirləri barədə məlumat verən S. Məmmədov Sahibkarlığın İnkişafı Fondunun Bakıətrafı kənd və qəsəbələrdə, eləcədə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işləri diqqətə çatdırıb.

100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Fondunun vəsaitlərinin verilməsi mexanizmi barədə treninq təşkil edilib, sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib.

Forum çərçivəsində Sabunçu rayonunda Fondunun xətti ilə verilən güzəştli kreditlərdən istifadə etməklə istehsal sahəsi genişləndirilən çörək zavoduna baxış keçirilib.

Qeyd edək ki, Fond vasitəsilə indiyədək ölkə üzrə 30 çörək və un məmulatları istehsalı müəssisəsinə 54,4 mln. manat məbləğində güzəştli kredit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR