Bakının ticarət dövriyyəsi 3%-dən çox artıb

Bakının ticarət dövriyyəsi 3%-dən çox artıb
# 03 iyul 2019 11:12 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,4 % artaraq 8 041,7 mln. manat təşkil edib.

APA-Economics”in Bakı Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artaraq 3 518,6 mln manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,6% artaraq 4 523,1 mln manata bərabər olub.

Məlumata əsasən, istehlak məhsullarının 27,4%-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,6%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR