Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya icra və kommunikasiya planlarını hazırlayır

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya icra və kommunikasiya planlarını hazırlayır
# 14 iyun 2019 16:11 (UTC +04:00)

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın işçi qruplarının rəhbərlərinə bu ilin ikinci yarımilliyinədək icra və kommunikasiya planlarının hazırlanmasına dair müraciət olunub.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Dövlət və özəl sektorun dialoqu" adlı dəyirmi masada çıxış edən Prezident Administrasiyasının nümayəndəsi Vüsal Şıxəliyev deyib.

Onun sözlərinə görə, dəyirmi masada səslənən bütün təkliflər ciddi şəkildə təhlil olunaraq, həmin icra və kommunikasiya planlarında əks olunacaq ki, onlar öz həllərini növbəti yarımillikdə tapsın.

"Nümunə kimi müqavilənin icrası üzrə işçi qrupunun tərkibini qeyd edə bilərəm. Burada çox maraqlı bir fakt var ki, bu işçi qrupunun 17 üzvü var və onlardan 4-ü dövlət qurumudur, qalanı isə özəl sektorun nümayəndələridir. Özəl sektor bu işdə çox maraqlıdır, çünki onlar öz fikirlərini məhz komissiyanın işçi qrupları platformasında müzakirə etmək və həllinə nail olmaq istəyirlər", - deyə V. Şıxəliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR