"Boeing" kommersiya təyyarələrinin tədarükünü azaldıb

"Boeing" kommersiya təyyarələrinin tədarükünü azaldıb
  • Clock-gray 10:55
  • calendar-gray 10 İyul 2019

Bu ilin birinci yarısında ABŞ-ın “Boeing” korporasiyasının kommersiya təyyarələrinin tədarükü ötən ilin analoji dövrü ilə müqayisədə 36,8%. Şirkət hesabat dövründə cəmi 239 təyyarə sata bilib.

APA-Economics”in “Boeing”in bu ilin birinci yarısının və ikinci rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, yanvar-iyun aylarında əsasən “Boeing 737” təyyarələrinin tədarükü azalıb – 269-dan 113-dək. “Boeing 777”nin tədarükü 25-dən 22-dək azalıb, “Boeing 787”nin tədarükü 72-dən 78-dək, “Boeing 767”nin isə 9-dan 22-dək artıb.

Cari ilin ikinci rübünün yekunlarına görə, “Boeing” 90 kommersiya avialayneri tədarük edib ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə iki dəfə azdır. Belə ki, hesabat dövründə “Boeing 737” modelinin tədarükü 137-dən 24-də, “Boeing 777”nin 13-dən 12-dək, “Boeing 787”nin tədarükü isə 42-dən 38-dək azalıb.

Qeyd edək ki, bu il üç ay ardıcıl olaraq “Boeing” korporasiyasına “737 Max” təyyarələri üzrə heç bir sifariş verilməyib. Buna səbəb proqram təminatında problemin olmasına görə bu il iki dəfə qəzaya uğrayan “737 Max” təyyarələri ilə uçuşların qadağan edilməsidir.

APA-Economics

Digər xəbərlər

Arxiv

date