Bolqarıstan Azərbaycanda birgə müəssisələrin açılmasında maraqlıdır

Bolqarıstan Azərbaycanda birgə müəssisələrin açılmasında maraqlıdır
  • Clock-gray 16:52
  • calendar-gray 05 Sentyabr 2019

Hazırda Azərbaycanda Bolqarıstan kapitallı 11 şirkət fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu nazir Şahin Mustafayev Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankovla görüşü zamanı deyib.

Nazirin sözlərinə görə, iqtisadi əlaqələrin genişləndirilməsi üçün ölkələr arasında enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-tranzit, əczaçılıq, ticarət, turizm, humanitar və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur və Bolqarıstan sahibkarları Azərbaycandakı sənaye parklarında tətbiq olunan güzəştlərdən yararlana bilərlər.

Nazir həmçinin əlavə edib ki, ölkələr arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, investisiyaların qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, nəqliyyat,  gömrük, turizm və digər sahələrdə 80-dən çox sənəd imzalanıb. 2015-ci ildə imzalanan Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın genişlənməsində xüsusi önəm kəsb edir.

Ş. Mustafayev Azərbaycanın nəqliyyat-tranzit imkanları barədə məlumat verib və ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin Bolqarıstanla bu sahədə əməkdaşlığı daha da inkişaf etdirə biləcəyini diqqətə çatdırıb. 

Öz növbəsində səfir N. Yankov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini vurğulayaraq qeyd edib ki, Bolqarıstan iş adamları Azərbaycanda fəaliyyət göstərməkdə və birgə müəssisələrin açılmasında maraqlıdır.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date