Bu il Azərbaycan sahibkarlarına 52 mln. manat məbləğində güzəştli kreditlər verilib

Bu il Azərbaycan sahibkarlarına 52 mln. manat məbləğində güzəştli kreditlər verilib
  • Clock-gray 16:26
  • calendar-gray 18 İyul 2019

Bu gün İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə Xırdalanda sahibkarlarla işgüzar forum keçirilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərinin əldə edilməsi mexanizmi barədə geniş məlumat verilib, Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan zeytunçuluq, zəfərançılıq, üzümçülük təsərrüfatlarının, badam bağının, logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub.

Qeyd edilib ki, bu ilin ötən dövründə 573 sahibkarın ümumi dəyəri 183 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 52 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2 000-dən çox iş yerinin yaradılmasına imkan verir.

Həmçinin işgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 15 sahibkara Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2,5 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, üzümçülük, quru meyvə, çörək istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 100-dən çox iş yerinin açılmasına imkan yaradacaq.

Ümumilikdə, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2700-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 677,6 mln. manat güzəştli kredit verilib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date