Bu il "Azexport.az" portalına 262 mln. dollar dəyərində ixrac sifarişləri daxil olub

Bu il "Azexport.az" portalına 262 mln. dollar dəyərində ixrac sifarişləri daxil olub
# 28 iyun 2019 15:17 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində “Azexport.az” portalına 261,8 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə ixrac sifarişləri 4,6% artıb.

"Bu ilin may ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 32,5 mln. dollar təşkil edib və ötən ilin may ayı ilə müqayisədə 17,3%-lik artım qeydə alınıb. Cari ilin ilk beş ayı ərzində isə portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (12,6%), Türkiyə (7,4%), İngiltərə (5,9%), ABŞ (5,9%) və Hindistan (5,9%) qərarlaşıb", - deyə R. Hüseyn qeyd edib.

Departament rəhbəri əlavə edib ki, bu ilin may ayında ən çox ixrac sifarişi pambıq və pambıq məhsulları, biyan, tütün, toyuq əti və yumurtası, kartof, soğan, mineral su, mühərrik yağı, qənnadı məhsulu, nar şirəsi, tibbi tənzif, şərab, çay, kosmetik vasitə, tikinti materialı, mebel dəsti, alma, gül, təzə və qurudulmuş pomidor və s. mallara daxil olub.

"Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 may tarixinə kimi (29 ay ərzində) ”Azexport.az” portalına dünyanın 130 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 250,9 mln. dollar təşkil edib", - deyə R. Hüseyn əlavə edib.

R. Hüseynin sözlərinə görə, bu ilin iyun ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 10,5 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-may ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 59,7 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR