Bu il "Azexport.az" portalına 347 mln. dollar dəyərində ixrac sifarişləri daxil olub

Bu il "Azexport.az" portalına 347 mln. dollar dəyərində ixrac sifarişləri daxil olub
# 30 avqust 2019 15:11 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azexport.az portalına 346,6 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında ixrac sifarişləri 10% artıb.

"2019-cu ilin iyul ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 43,5 mln. dollar təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 40%-lik artım qeydə alınıb. Cari ilin yanvar-iyul aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (12,1%), Türkiyə (6,4%), ABŞ (6%), Hindistan (5,7%) və İngiltərə (4,8%) qərarlaşıb", - deyə R. Hüseyn qeyd edib.

Mərkəzinin departament rəhbəri əlavə edib ki, bu ilin iyul ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, pomidor, fındıq ləpəsi, alma, tütün, toyuq yumurtası, şərab, qənnadı məhsulu, kosmetik vasitə, çay, tikinti materialı, mühərrik yağı, bal, boya, meyvə kompotu, nar məhsulları, yun, mebel dəsti, mineral su və s. mallara daxil olub.

"Məlumat üçün qeyd edim ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 iyul tarixinə kimi (31 ay ərzində) Azexport.az portalına dünyanın 133 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1,336 mlrd. dollar təşkil edib",- R. Hüseyn əlavə edib.

O həmçinin bildirib ki, bu ilin avqust ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 11,6 mln. dollar olub. 2019-cu ilin yanvar-avqust ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 90,7 mln. dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR