BVF Asiya regionunda ÜDM-in artım tempi üzrə proqnozlarını azaldıb

BVF Asiya regionunda ÜDM-in artım tempi üzrə proqnozlarını azaldıb
# 24 iyul 2019 16:45 (UTC +04:00)

Asiya regionunun yoxsul və inkişaf etməkdə olan ölkələrinin iqtisadiyyatı 2019-2020-ci illərdə 6,2% artacağı gözlənilir. “APA-Economics”in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) dərc etdiyi hesabatda qeyd olunub. Hər iki il üzrə verilən Fondun bu proqnozu aprel ayında verilmiş proqnozdan 0,1 faiz bəndi azadır və buna əsas səbəb kimi ticarət və investisiyada olan yüksək tariflər göstərilir. Çində artan tariflərin və zəifləyən tələbin mənfi effektləri iqtisadi böyümənin zəifləməsinə səbəb olub.

Qeyd edək ki, Hindistanın iqtisadiyyatının 2019-cu ildə 7%, 2020-ci ildə isə 7,2% artacağı proqnozlaşdırılır. Bu ölkə üçün hər iki il üzrə ÜDM-in artım tempi üzrə proqnoz 0,3 faiz bəndi azaldılıb ki, bu da daxili tələbatın gözləniləndən aşağı düşməsi ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR