BVF dünya iqtisadiyyatının artım tempi üzrə proqnozlarını azaldıb

BVF dünya iqtisadiyyatının artım tempi üzrə proqnozlarını azaldıb
# 24 iyul 2019 14:27 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatının artım tempi üzrə proqnozlarını azaldıb.

"APA-Economics"in BVF-nin dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, 2019-cu ildə dünya üzrə ÜDM-in artım tempi 3,2%, 2020-ci ildə isə 3,5% təşkil edəcəyi proqnozlaşdırılır. Hər iki il üzrə göstərici Fondun aprel ayında verdiyi proqnoza nisbətən 0,1 faiz bəndi azdır.

BVF-nin mütəxəssislərinin fikrincə, azalmaya səbəb ABŞ-ın Çindən idxal etdiyi məhsullara qoyulan tariflərin artırılması və Çinin buna olan cavabı, "Brexit"in hələ də nəticəsiz qalması, qlobal texnologiya təchizat zəncirlərinin ABŞ sanksiyaları ilə təhdid edilməsi, artan geosiyasi gərginliklərin enerji qiymətlərini qaldırması kimi məsələlərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR