Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanılıb

Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanılıb
# 19 avqust 2019 15:12 (UTC +04:00)

Avqustun 19-dan etibarən Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün müraciətlərin qəbuluna başlanılıb.

KOBİA-dan “APA-Economics”ə verilən məlumata görə, araşdırmalarının əsas məqsədi KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması üçün onlara daxili bazarın mövcud vəziyyətinin öyrənilməsində maliyyə və informasiya dəstəyinin göstərilməsinə, özəl sektorda məhsul istehsalının artırılmasına, rəqabətqabiliyyətli məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına nail olmaqdır.

Sahibkarlıq subyektləri maraqlı olduqları sahələr üzrə daxili bazar araşdırmalarının aparılması üçün Agentliyə müraciət edə bilərlər. Müraciət üçün nümunəvi ərizə forması və tələb olunan sənədlər barədə məlumatlar KOBİA-nın rəsmi internet səhifəsində yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR