Ən çox birbaşa xarici investisiya cəlb etmiş ölkələrin reytinqi açıqlanıb - TOP

Ən çox birbaşa xarici investisiya cəlb etmiş ölkələrin reytinqi açıqlanıb - TOP
# 08 iyul 2019 11:33 (UTC +04:00)

BMT-nin mütəxəssisləri tərəfindən 2018-ci ildə ən çox birbaşa xarici investisiyalar (Foreign direct investment – FDI) cəlb etmiş ölkələrin reytinqi tərtib olunub.

"APA-Economics"in BMT-nin "World Investment Report 2019" illik hesabatına istinadən verdiyi məlumata görə, ötən il Şərqi Asiyada FDI-ın həcmi 4% artaraq 280 mlrd. ABŞ dolları təşkil edib. Çində isə bu göstərici 4% artaraq tarixi maksimuma çatıb.

Dünya səviyyəsində FDI-ın həcmi 2017-ci illə müqayisədə 13% azalaraq 1,3 trln. dollar təşkil etməsinə baxmayaraq, hesabat ilində inkişafda olan ölkələrə birbaşa xarici investisiyaların axını stabil qalıb. Bu göstərici əvvəlki ilə nisbətən 2% artıb və 706 mlrd. dollar təşkil edib.

İnkişaf etmiş ölkələrə yatırılan birbaşa xarici investisiyaların həcmi 2004-cü ildən etibarən ən aşağı səviyyəyə çatıb. Belə ki, ötən il bu göstərici 27% azalaraq 557 mlrd. dollar təşkil edib.

Ən çox birbaşa xarici investisiya cəlb etmiş ölkələrin reytinqi:

#

Ölkə

FDI həcmi, mlrd. ABŞ dolları

1

ABŞ

252

2

Çin

139

3

Honkonq, Çin

116

4

Sinqapur

78

5

Niderland

70

6

Böyük Britaniya

64

7

Braziliya

61

8

Avstraliya

60

9

İspaniya

44

10

Hindistan

42

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR