Əsl şokoladı saxtasından necə fərqləndirmək olar?

Əsl şokoladı saxtasından necə fərqləndirmək olar?
# 16 oktyabr 2019 11:51 (UTC +04:00)

Şokolad dadı damaqda qalan, hisləri hərəkətə gətirən, xoşbəxtlik hormonunu yüksəldən qarşısıalınmaz ləzzətdir. Bu ləzzətin dadını necə alacağınızı bilirsinizmi?

Əvvəlcə özünüzü sərbəst buraxın, bu, ilk qaydamızdır. Ağzınızda başqa dadın olmaması vacibdir. Şokoladın dadını almaq üçün onu üç mərhələ ilə yemək lazımdır. İlkin olaraq şokolada baxın. Görünüşü parlaq və mükəmməl olmalı, üzərində ləkə və cızıq olmamalıdır. Dizayn və üzərindəki cizgilər xüsusi olarsa, o şokolada baxmaq belə sizin əhvalınızı yüksəldəcək.

Dad almaq xüsusiyyətinin 80%-i qoxudan başlayır. Şokoladı dadmaq üçün əvvəlcə onu qoxulayın. Qablaşdırmasını açdığınız andan etibarən ətri sizi bihuş etməlidir. Əlinizdəki keyfiyyətli şokoladdırsa, içindəki aromatların qoxusunu hiss edəcəksiniz.

İndi isə dadına baxın. İlk olaraq şokoladı dinləyin. Bəli, səhv oxumadınız. Dinləyin ki, səsi sizə sərtliyi haqqında az da olsa, məlumat versin. Gözünüzü yumun və şokolad dünyasına səyahət edin. Əsl şokoladın dadı nə az, nə çox düz 45 dəqiqə damaqda qala bilir.

Keyfiyyətli şokoladı təyin edə bilməyin asan yollarından biri də budur: şokoladın dadına baxarkən onun qırıntıları ətrafa tökülməməlidir.

Daha bir kiçik sirri də bölüşək mi? Əlinizlə burnunuzu tutub, şokoladı yeyin və dilinizdə hiss etdiyiniz dadları seçməyə çalışın. Şokolad əridikdən sonra, əlinizi burnunuzdan çəkin. Ağzınızla dərin nəfəs alaraq, burnunuzdan verin. Beləcə burnunuz şokoladın qoxusunu və fərqli aromatları hiss edərək, daha əvvəl fərqində olmadığınız dadları almağınıza kömək edəcək.

Əlavə dadlandırıcılar olan şokoladların saxta olma ehtimalı daha çoxdur. Səbəbi, istehsalda istifadə olunan əlavə dadlandırıcılar və qoxulardır. Şokoladın öz qoxusu olmalıdır. Əgər burnunuzda xoş kakao qoxusu əvəzinə başqa qoxu hiss etsəniz, məhsulunuzun saxta olma ehtimalı yüksəkdir.

Biz "Ulduz" şokolad fabrikinin istehsalı olan "Coco Ulduz" məhsulunun dadına baxmağı qərara aldıq. Kağızını açdığımız zaman qoxusu və görüntüsü keyfiyyəti haqqında "danışmağa" başlamışdı. Zərif kokos qırıntıları və şokoladın vəhdətindən yaranan bu dad bizi bir neçə saniyəlik də olsa, başqa aləmə apardı. Şokoladın Belçikadan gətirildiyini bildirdilər. Dadım zamanı "Ulduz" şokolad fabrikinin Keyfiyyətə Nəzarət departamentinin müdiri Lalə Qasımova qeyd etdi ki, əsl şokolad ağızda yağ dadı buraxmamalıdır. Keyfiyyətli şokolad kakao yağı ilə hazırlanır. Kakao yağı bədən temperaturunda əriyən yeganə yağdır. Bu o deməkdir ki, xalis şokoladı əlinizə aldığınız zaman əlinizdə əriməyə başlamalıdır. Dadım zamanı yuxarıda qeyd etdiyimiz xüsusiyyətləri "Coco Ulduz"da gördükdən sonra, əsl şokoladı yediyimizin fərqinə vardıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR