Gəncə-Qazax iqtisadi rayonunda sahibkarlara 781 min manat məbləğində güzəştli kreditlər verilib

Gəncə-Qazax iqtisadi rayonunda sahibkarlara 781 min manat məbləğində güzəştli kreditlər verilib
# 20 iyun 2019 14:14 (UTC +04:00)

Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 781 min manat güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu barədə Göygöl rayonunda bu gün keçirilən işgüzar görüş zamanı məlumat verilib.

Qeyd olunub ki, verilən güzəştli kreditlər heyvandarlıq, bağçılıq, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək.

Ümumilikdə forumda verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7 minədək investisiya layihəsinin maliyyələşdirilməsinə 275,6 mln. manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, cari ilin ötən dövründə 463 sahibkarın ümumi dəyəri 175,7 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 46 mln. manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 800-dək iş yerinin yaradılmasına imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR