Gəncə-Qazax iqtisadi rayonunun sahibkarlarına 631 min manat güzəştli kredit verilib

Gəncə-Qazax iqtisadi rayonunun sahibkarlarına 631 min manat güzəştli kredit verilib
# 22 oktyabr 2019 15:58 (UTC +04:00)

Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 631 min manat güzəştli kredit verilib.

"APA-Economics"in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, oktyabrın 22-də Goranboyda keçirilən sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumunun çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların heyvandarlıq, bağçılıq, mineral su istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 631 min manat güzəştli kredit verilib.

Bu layihələrin reallaşdırılması nəticəsində 70-dək yeni iş yeri açılacaq.

Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7 min investisiya layihəsinin maliyyələşdirilməsinə 290 mln. manat güzəştli kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR