"Gilan Holding" nizamnamə kapitalını artırıb

"Gilan Holding" nizamnamə kapitalını artırıb
# 10 sentyabr 2019 14:47 (UTC +04:00)

“Gilan Holding” nizamnamə kapitalının həcmini artıraraq 763 066 044 manata çatdırıb. Bu barədə “APA-Economics”ə holdinqdən bildirilib.

Qeyd edək ki, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilib və holdinqə aid şirkət və müəssisələrdə artımı gözlənilirdi.

Holdinqin səmərəli fəaliyyəti, bazar mövqelərinin gücləndirilməsi və maliyyə dayanıqlığının təmin edilməsi, ona daxil olan müəssisələrin nizamnamə kapitallarının artırılmasına imkan yaradır.

Xatırladaq ki, 1987-ci ildən fəaliyyət göstərən “Gilan Holding” qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün iri miqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR