Gürcüstanın biznes-ombudsmanı "Caspian European Club"la əməkdaşlıq etmək niyyətindədir

Gürcüstanın biznes-ombudsmanı "Caspian European Club"la əməkdaşlıq etmək niyyətindədir
# 04 oktyabr 2019 17:09 (UTC +04:00)

Bu gün Gürcüstanın biznes-ombudsmanı İrakli Lekvinadze Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevlə görüşüb.

“Caspian European Club”dan “APA-Economics”ə verilən məlumata görə, görüşün əsas mövzusu investisiyalaşdırma imkanlarının öyrənilməsi və “Caspian European Club”un üzvlərinin biznes fəaliyyətlərinin genişləndirilməsi məqsədilə Gürcüstanın regionlarında birgə biznes-tur, biznes-forum və “CEO Lunch”ın təşkilinin müzakirəsi olub.

Azərbaycanın Gürcüstanın strateji partnyoru olduğunu qeyd edən İ. Lekvinadze həmçinin birgə layihələrin sürətlə həyata keçirildiyini vurğulayıb. Dövlət qurumları səviyyəsində qarşılıqlı anlaşma və sıx əməkdaşlıq Gürcüstan və Azərbaycanın özəl sektor nümayəndələri arasında sıx əlaqələrin qurulmasını şərtləndirir. O vurğulayıb ki, qarşıya qoyulan əsas məqsədlərdən biri xarici bazara çıxış, qonşu ölkələrlə münasibətlərin inkişafı, eləcə də yalnız Gürcüstanın regionlarında deyil, həm də Azərbaycanda birgə biznes-tur, biznes-forum və “CEO Lunch”ın təşkilidir. İ. Lekvinadze bununla əlaqədar 2019-cu il iyunun 21-də Tbilisidə keçirilmiş növbəti beynəlxalq “Caspian Energy Forum”un təşkilinin əhəmiyyətini vurğulayıb.

Öz növbəsində səfir D. Həsənov Gürcüstan hökumətinin Azərbaycanda səmərəli əməkdaşlığındakı fəal mövqeyini qeyd edərək, Gürcüstanın regionlarında birgə biznes-tur, biznes-forum və “CEO Lunch”ın təşkilinin bu əlaqələrin inkişafına töhfə verəcəyinə əmin olduğunu vurğulayıb. O, hökumət üzvlərini bu prosesdə fəal iştirak etməyə səsləyib.

T. Əliyev görüş iştirakçılarına “Caspian European Club”un sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirdiyini və 2002-ci ilin iyununda yaradıldığı barədə məlumat verib. “Caspian European Club”un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. “Caspian European Club”un Gürcüstan, Qazaxıstan və Özbəkistanda rəsmi nümayəndəliyi, həmçinin ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var. Gürcüstanda “Caspian European Club”, “Caspian Energy Investment Group” və “Caspian Energy International Media Group”un eksklüziv nümayəndəsi olan “Caspian Energy Georgia” şirkəti fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR