İİTKM və BP yeni internet portalını təqdim edib

İİTKM və BP yeni internet portalını təqdim edib
# 25 oktyabr 2019 11:36 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) BP şirkəti ilə birgə monitoring.az portalının təqdim edib.

"APA-Economics"in məlumatına görə, təqdimat mərasimində çıxış edən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, yeni portal ölkədə monitorinq və qiymətləndirmə prosesinin hesabatlılıq, şəffaflıq, çeviklik, obyektivlik, qanunun aliliyi, səmərəli qərar qəbuletmə və yaxşı idarəetmə prinsiplərinə əsaslanmaqla koordinasiyasına imkan yaradacaq: “BP şirkəti daim Azərbaycan iqtisadiyyatının diversifikasiyasına dəstək vermək öhdəliyinə sadiq olub. Yeni portalın yaradılması Mərkəzin monitorinq institutu kimi qiymətləndirmə, nəzarət, koordinasiya və kommunikasiya imkanlarını artırmaqla bərabər ölkədəki islahat proseslərinin də icrası proseslərinə müsbət təsir göstərəcək".

V. Qasımlı əlavə edib ki, islahat proseslərinin rəqəmsal platformalar vasitəsi ilə aparılmasının Prezident İlham Əliyevin ölkədə islahatların davamlı və ən qabaqcıl beynəlxalq təcrübələr və yanaşmaların tətbiqi vasitəsilə aparılması sahəsindəki tapşırıqlarının nəticəsidir.

Qeyd edək ki, yeni layihənin ümumi dəyəri 204 min manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR