İsveçrə nümayəndə heyəti Azərbaycana səfər edəcək

İsveçrə nümayəndə heyəti Azərbaycana səfər edəcək
  • Clock-gray 10:18
  • calendar-gray 18 Oktyabr 2019

Əsasən fransızdilli kantonlardan ibarət Qərbi İsveçrənin aparıcı şirkətlərinin rəhbərlərindən ibarət geniş tərkibli heyət Azərbaycana səfər edəcək.

Azərbaycanın İsveçrədəki səfirliyindən APA-ya verilən məlumata görə, oktyabrın 20-dən 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, eləcə də Azərbaycan şirkətlərinin nümayəndələri ilə işgüzar danışıqlar aparacaq.

Nümayəndə heyətinin tərkibinə İsveçrənin enerji, infrastruktur, bank və səhiyyə sahələrində fəaliyyət göstərən şirkətlərin rəhbərləri daxildir. Səfər Azərbaycan və Isveçrə sahibkarları arasında yeni ticarət və işgüzar əlaqələrin qurulması məqsədi daşıyır. Səfər çərçivəsində həmçinin ölkəmizin həyata keçirdiyi irimiqyaslı enerji və infrastruktur layihələrində İsveçrə şirkətlərinin iştirakının dəstəklənməsi imkanlarının müzakirəsi planlaşdırılır.

Məlumatda o da bildirilir ki, Cenevrənin də daxil olduğu Qərbi İsveçrə regionu neft başda olmaqla, bir sıra enerji məhsulları və xammalın marketinqində mühüm rol oynayır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date