IFC: Azərbaycanda kiçik bizneslərin fikrini öyrənmək üçün mexanizmlər yaradılmalıdır

IFC: Azərbaycanda kiçik bizneslərin fikrini öyrənmək üçün mexanizmlər yaradılmalıdır
# 14 iyun 2019 16:30 (UTC +04:00)

Azərbaycanda kiçik bizneslərin fikrinin öyrənilməsi üçün hər hansı mexanizmlərin yaradılmasına ehtiyac duyulur.

APA-Economics”in məlumatına görə bunu, "Dövlət və özəl sektorun dialoqu" adlı dəyirmi masada çıxış edən Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.

Onun sözlərinə görə, kiçik bizneslərin birləşdiyi assosiasiyaların da potensialı gücləndirilməlidir ki, onlar fərdi məsələləri qaldırmaqdansa, hər hansı platforma və ya onların ümumi maraqlarını təmsil edən təklifləri irəli sürə bilsinlər.

"Biz burada təmsil olunan beynəlxalq təşkilatları və beynəlxalq partnyorları bu sahəyə dəstək verməyə çağırırıq”, - deyə A. Əzimova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR