İran Ticarət Palatasının baş katibi Bakıya gəlib

İran Ticarət Palatasının baş katibi Bakıya gəlib
# 02 iyul 2019 16:21 (UTC +04:00)

İran Ticarət Palatasının baş katibi Əlireza Əşrəfin və İran Parlamentinin Proqram və Büdcə Komissiyasının rəhbərliyi altında İran İslam Respublikasının İslami Şura Məclisinin 5 nəfərdən ibarət heyəti bu gün Bakıya gəlib.

İranın Azərbaycandakı Səfirliyindən “APA-Economics”in verilən məlumata görə, bu heyət iyulun 3-də Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşəcək, daha sonra isə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edəcək.

İranın nümayəndə heyəti iyulun 3-də həmçinin Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov tərəfindən verilən nahar qonaqlığında da iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR