İyulun sonunda Bakıda növbəti Azərbaycan-Hindistan işgüzar görüşü keçiriləcək

İyulun sonunda Bakıda növbəti Azərbaycan-Hindistan işgüzar görüşü keçiriləcək
# 01 iyul 2019 15:59 (UTC +04:00)

İyulun sonuna növbəti Azərbaycan-Hindistan işgüzar görüşünün təşkili məqsədilə bu ölkənin nümayəndə heyətinin Bakıya səfəri gözlənilir. "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidentinin vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, keçiriləcək görüş Azərbaycanın Hindistandakı səfirliyin təşəbbüsü ilə baş tutacaq.

"Hazırda bu məsələ müzakirə predmetidir. Yay tətili mövsümünü nəzərə alaraq, bu tarixin bir qədər önə çəkiləcəyi istisna edilmir. Ölkələr arasında əlaqələr intensivləşir və bu, çox önəmlidir. Təbii ki, bizim üçün ən vacib olan məsələ nəticələridir", - deyə Y. Abdullayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR