Kiyevdə GUAM biznes forumu keçiriləcək

Kiyevdə GUAM biznes forumu keçiriləcək
  • Clock-gray 12:42
  • calendar-gray 08 Noyabr 2019

Bu ilin dekabrın 12-də Ukraynanın paytaxtı Kiyev şəhərində II GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) biznes forumu keçiriləcək.

"APA-Economics"in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, tədbir GUAM üzvü olan ölkələrin hökumət başçılarının görüşü çərçivəsində təşkil olunacaq.

"Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur", - Azpromo-nun məlumatında deyilir.

APA-Economics

Digər xəbərlər

Arxiv

date