KOBİA və "Huawei" arasında əməkdaşlığa dair memorandum imzalanıb

KOBİA və "Huawei" arasında əməkdaşlığa dair memorandum imzalanıb
# 15 noyabr 2019 17:55 (UTC +04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Huawei Tech Azərbaycan” arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

KOBİA-dan “APA-Economics”ə verilən məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov “Huawei Tech Azərbaycan”ın icraçı direktoru Canlin Lu ilə görüşüb.

Görüşdə Azərbaycanda innovativ startapların dəstəklənməsi, birgə əməkdaşlıq çərçivəsində KOB-lar üçün dəstək modellərinin yaradılması, tələbə və startapların “Huawei” ilə əməkdaşlığının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

KOBİA sədri ölkəmizdə innovasiyaların inkişafına və yeni texnologiyaların tətbiqinə verilən önəmi, startaplara göstərilən dəstəyi vurğulayıb, KOBİA-nın fəaliyyətini, mikro, kiçik və orta sahibkarlara göstərdiyi dəstəyi, eləcə də “Huawei” şirkəti ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

“Huawei Tech Azərbaycan”ın icraçı direktoru Canlin Lu İKT sahəsində KOB-ların rolunun artırılmasına dair fikirlərini bölüşüb, “Huawei” şirkətinin Azərbaycanda gördüyü işləri qeyd edərək Agentliyin strukturuna daxil olan KOB İnkişaf Mərkəzlərinin yaradılması və bu mərkəzlərlə əməkdaşlıq imkanlarının nəzərdən keçirilə biləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR