KOBİA: Azərbaycanda daxili bazar araşdırmalarına dövlət dəstəyi qaydası təsdiq edilib

KOBİA: Azərbaycanda daxili bazar araşdırmalarına dövlət dəstəyi qaydası təsdiq edilib
# 21 iyun 2019 10:36 (UTC +04:00)

Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi qaydası təsdiq edilib.

"APA-Economics"in məlumatına görə, bunu "Təhsil Biznes Forumu – mövcud vəziyyət və perspektivlər" adlı tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, qaydalara əsasən, dəstək tədbirlərinin təşkili və dəstək məbləğinin ödənilməsi Agentlik tərəfindən həyata keçiriləcək.

"Dəstək tədbiri dedikdə, daxili bazar tendensiyalarını iqtisadi, texnoloji, hüquqi, sosial və bazar faktorları araşdırılması vasitəsilə öyrənilməsinin təşkili və maliyyələşdirilməsi, habelə bu sahədə müxtəlif təlimlərin, seminarların keçirilməsi, təlim prosesində informasiya dəstəyinin göstərilməsi nəzərdə tutulur", - deyə O. Məmmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR