Lənkəran şəhəri və ətraf rayonların sakinlərinə şad xəbər!

Lənkəran şəhəri və ətraf rayonların sakinlərinə şad xəbər!
# 14 avqust 2019 14:01 (UTC +04:00)

“Limak.az” sürətli poçtdaşıma və kuryer şirkəti Azərbaycanın bölgələrində ofislərinin sayını artırmağa davam edir.

Bakı, Sumqayıt, Gəncə və Zaqatala şəhərlərində filiallarını açan “Limak.az” Lənkəran filialını da müştərilərin ixtiyarına verdi. Müştərilərin internetdən etdikləri alış-veriş zamanı geyimdən elektronikaya, dekorasiyadan kosmetikaya qədər bir çox kateqoriyada Türkiyə və Amerikadan etdikləri sifarişlər artıq Lənkərana da çatdırılacaq. Müştərilər Türkiyədən həftədə 2 dəfə, Amerikadan həftədə 1 dəfə Limak.az vasitəsilə edilən sifarişləri tam vaxtında götürə biləcəklər. Belə ki, müştərilər şəxsi hesablarında olan "Tənzimləmələr" bölməsindən çatdırılma ofisi Lənkəran şəhərini seçərək, bağlamalarını Lənkəran filialından təhvil ala biləcəklər. Lənkəran şəhəri ilə yanaşı, ətraf rayonların sakinləri də bu fürsətdən yararlana biləcəklər.

“Limak.az”-ın əsas fərqlərindən biri də sürətli çatdırılma ilə yanaşı, 24/7 fəaliyyət göstərən gülərüz və peşəkar müştəri xidmətləri, 5 dəqiqə içərisində cavablandırılma və müştəriyə geri dönüş edilməsidir. "Sifariş et" xidməti isə bütün sifarişləri sürətlə və qüsursuz icra edir.

Tezliklə Azərbaycanın digər bölgələrində də “Limak.az” ofislərinin fəaliyyətə başlanacağı gözlənilir.

Türkiyə - Lənkəran çatdırılma qiymətləri belədir:

0 dan - 0,25 kq dək -2.50 $
0,25 kq dan - 0.5 kq dək -3.50 $
0,5 kq dan - 0.7 kq dək -4.50 $
0,7 kq dan - 1 kq dək -5.50 $

Amerika – Lənkəran çatdırılma qiymətləri belədir:
0 dan - 0,25 kq dək -3.50 $
0,25 kq dan - 0.5 kq dək -5$
0,5 kq dan - 0.7 kq dək -7 $
0,7 kq dan - 1 kq dək -8.50 $

Lənkəran anbarı iş saatları:
Saat: 09.00-18.00 (bazar ertəsi-şənbə)
Ünvan: Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsi 32
Telefon: +994 70 624 9595
*9595
Email: [email protected]


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR