Mikayıl Cabbarov: "Gəlirlərini tam şəkildə bəyan etmək istəməyənlərin sayı az deyil"

Mikayıl Cabbarov: "Gəlirlərini tam şəkildə bəyan etmək istəməyənlərin sayı az deyil"
  • Clock-gray 11:14
  • calendar-gray 13 Sentyabr 2019

Azərbaycanda rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizminin tətbiqi şəraitində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir.

"APA-Economics"in məlumatına görə, bunu “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” adlı beynəlxalq elmi-praktik konfransında çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, müşahidələr və təhlillər onu göstərir ki, biznes leqal fəaliyyətə adaptasiya prosesindən uğurla keçir.

"Doğrudur, vergi orqanlarında şəffaflığın təmin edilməsi ilə bağlı yeni tələblər heç də hamını razı edə bilməz. Gəlirlərini tam şəkildə bəyan etmək istəməyənlərin sayı az deyil və illər boyu bəyan olunmayan gəlirlər hesabına qazanc əldə edənlər bu vərdişlərdən asanlıqla vidalaşmaq istəmirlər. Bəzən onların səsi gur gələ bilər. Lakin hesab edirəm ki, bu, müvəqqəti bir haldır", - deyə nazir qeyd edib.

Nazir vurğulayıb ki, qanun qarşısında hamı bərabərdir və leqallaşma – sağlam mühit, sağlam rəqabət şəraitidir. Bu təkcə yerli istehsalçılar və sahibkarlar üçün deyil, həmçinin xarici istehsalçılar üçün əhəmiyyətli amildir.

"Kölgə iqtisadiyyatı investoru hər hansı sahəyə sərmayə yatırmaqdan çəkindirən ilk üç amil sırasına daxildir. Bizim vəzifəmiz bazarda sağlam rəqabət mühitini təmin etmək, qanunsuz və yalançı sahibkarların yaratdığı ədalətsiz rəqabət şəraitin ləğvinə Nail olmaqdır", - deyə nazir bildirib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date