Əmək miqrantları üçün ən cəlbedici ölkələr məlum olub - TOP-5

Əmək miqrantları üçün ən cəlbedici ölkələr məlum olub - TOP-5
# 04 mart 2021 10:28 (UTC +04:00)

Kanada əmək miqrantları üçün ən cəlbedici ölkələr sırasında ABŞ-ı geridə qoyaraq birinci yerə yüksəlib.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə BCG və "The Network"un "Qlobal istedad bazarı – fiziki və virtual" adlı apardığı birgə araşdırmada deyilir.

Tədqiqatçıların fikrincə, dünyadakı əmək miqrantlarının təxminən dörddə biri (24%-i) işləmək üçün Kanadaya köçməyi seçiblər. Respondentlər ABŞ, Avstraliya və Almaniyanı da iş üçün cəlbedici ölkələr hesab etdiyini bildiriblər.

2014-cü və 2018-ci illərdə bənzər araşdırmalarda Kanada miqrantlar arasında populyarlıq sıralamasında üçüncü, ABŞ-ın isə ənənəvi olaraq birinci olduğu qeyd edilirdi.

2020-ci ildə ABŞ əmək miqrantları üçün ikinci ən cəlbedici ölkə oldu. Respondentlərin 20%-i bu ölkəyə və eyni sayda Avstraliyaya üstünlük verdi. Əmək miqrantlarının təxminən 19%-i Almaniyaya və ayrı ayrılıqda 14% olaraq Böyük Britaniyaya və ya Yaponiyaya işləmək üçün köçməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, sorğu 2020-ci ilin oktyabr-dekabr aylarında 190 ölkədə 20-40 yaş arası olan 209 min iştirakçı arasında aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR