Monteneqronun Baş naziri Azərbaycan şirkətlərini nəqliyyat və infrastruktur layihələrinə investisiya yatırmağa çağırıb

Monteneqronun Baş naziri Azərbaycan şirkətlərini nəqliyyat və infrastruktur layihələrinə investisiya yatırmağa çağırıb
# 25 iyun 2019 12:20 (UTC +04:00)

Monteneqro Azərbaycan şirkətlərini nəqliyyat və infrastruktur layihələrinə investisiya yatırmağa çağırır.

"APA-Economics"in xəbərinə görə, bunu Azərbaycan-Monteneqro biznes forumunda çıxış edən Monteneqronun Baş naziri Duşko Markoviç deyib.

Onun sözlərinə görə, hazırda Monteneqronun şimal regionlarının inkişaf etdirilməsi prioritet sahələrdən birini təşkil edir ki, bu istiqamətdə həmçinin Azərbaycanla kənd təsərrüfatı sahəsində də əməkdaşlığa dair geniş imkanlar mövcuddur.

"Biz öz növbəmizdə lazımi dəstək verməyə hazırıq. Hazırda Azərbaycan Monteneqronun əsas xarici investorudur. Azərbaycan tərəfindən Monteneqronun Portonovi layihəsinə 260 mln. avro həcmində investisiya yatırılıb. Ölkələr arasında həmçinin enerji sahəsində əməkdaşlıq mövcuddur. Bu sahədə TAP və IAP layihələrini qeyd etmək olar. Həmçinin Monteneqroda Azərbaycan sərmayələri ilə fəaliyyət göstərən bank da yaradılıb", - deyə Baş nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR