Nail Olpak: “Azərbaycanda vizasız qalma müddətinin 90 günə qaldırılacağına inanırıq”

Nail Olpak: “Azərbaycanda vizasız qalma müddətinin 90 günə qaldırılacağına inanırıq”
# 16 sentyabr 2019 17:10 (UTC +04:00)

“Azərbaycanın vizalarla bağlı atdığı addım bizi sevindirir. Biz Azərbaycanda vizasız qalma müddətinin 30 gündən 90 günə qaldırılacağına da inanırıq”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan-Türkiyə Biznes Forumunda çıxış edən Türkiyə Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) sədri Nail Olpak bildirib.

N. Olpak deyib ki, Azərbaycan kənd təsərrüfatının inkişafına böyük önəm verir: “Türkiyə iş dünyası Azərbaycanda bu sahədə daha fəal çalışacaq. Azərbaycanda 2020-ci ildə özəlləşmə sahəsində də geniş yer almaq niyyətindəyik”.

DEİK sədri qeyd edib ki, Türkiyə iş adamları Naxçıvanın da inkişafı üçün səylərini əsirgəməyəcək: “Asanlaşdırılmış gömrük proseduru ilə bağlı fəaliyyət davam edir. Eyni zamanda milli valyutalarla ticarət də gündəmdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR