Nazir: "Fransa Azərbaycanla əməkdaşlığının yeni mərhələsinə yüksəlməsində maraqlıdır"

Nazir: "Fransa Azərbaycanla əməkdaşlığının yeni mərhələsinə yüksəlməsində maraqlıdır"
# 29 iyul 2019 12:26 (UTC +04:00)

Fransa Azərbaycanla əməkdaşlığının yeni mərhələsinə yüksəlməsində maraqlıdır.

"APA-Economics"in məlumatına görə, bu barədə Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Le Mer Azərbaycanın Maliyyə naziri Samir Şərifovla keçirdiyi görüş zamanı bildirib.

Onun sözlərinə görə, Fransa Azərbaycanda neft-qaz layihələri çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Bundan əlavə, Fransa şirkətləri Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı, nəqliyyat sektoru, maliyyə, ekologiya və sair sahələrdə əməkdaşlıq etməyə maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR