Nazir: "Fransa şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 mlrd. dollar investisiya yatırıblar"

Nazir: "Fransa şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 mlrd. dollar investisiya yatırıblar"
# 11 iyul 2019 11:49 (UTC +04:00)

Fransa şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 mlrd. ABŞ dolları həcmində investisiya yatırıblar.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan şirkətləri isə Fransa iqtisadiyyatına indiyədək 2,6 mlrd. dollar vəsait yatırıb.

Nazir onu da bildirib ki, bu ilin yanvar-may aylarında Azərbaycan və Fransa arasında ticarət dövriyyəsi 53% artıb. Bundan əlavə, Fransanın Cənub Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 62,4%-i Azərbaycanın payına düşür.

Ş. Mustafayevin sözlərinə görə, tərəflər ticarət dövriyyəsində disbalansın aradan qaldırılması sahəsində əməkdaşlıq etməlidirlər ki, qeyri-neft məhsullarının alış-verişi artsın.

Hazırda Azərbaycanda 45 Fransa şirkəti fəaliyyət göstərir. Fransa şirkətləri Azərbaycanda dəyəri 6,2 mlrd. dollar olan 34 layihədə podratçı qismində iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR