Nazir müavini: "Azərbaycanda Çin kapitallı 119 şirkət fəaliyyət göstərir"

Nazir müavini: "Azərbaycanda Çin kapitallı 119 şirkət fəaliyyət göstərir"
# 05 iyul 2019 17:10 (UTC +04:00)

Hazırda Azərbaycanda Çin kapitallı 119 şirkət fəaliyyət göstərir.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan-Çin biznes forumunda çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, şirkətlərin fəaliyyət istiqamətləri əsasən ticarət, maliyyə, sənaye, kənd təsərrüfatı, tikinti və xidmət sahələrini əhatə edir.

"Çin şirkətləri podratçı qismində Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən və ümumi dəyəri 600 mln. ABŞ dolları təşkil edən 15 infrastruktur layihəsində iştirak edir. Əməkdaşlıq nəqliyyat və tranzit sahəsində inkişaf edir. Bu əlaqələrin daha da genişlənməsinə böyük imkanlar mövcuddur”, - deyə nazir müavini qeyd edib.

N. Səfərov onu da bildirib ki, Çin investisiyalarının nəqliyyat sahəsində icra olunan layihələrə cəlb edilməsi Çindən Avropaya yükdaşımaların asanlaşdırılması ilə yanaşı, Çin şirkətlərinin gəlir əldə etməsinə imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR