Oktyabrda Azərbaycana ilk alıcı missiyası təşkil olunacaq

Oktyabrda Azərbaycana ilk alıcı missiyası təşkil olunacaq
# 12 sentyabr 2019 17:32 (UTC +04:00)

“Caspian Event Organisers” (CEO) şirkətinin təşəbbüsü və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) dəstəyi ilə 25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi (“BakuBuild 2019”) çərçivəsində alıcı missiyası təşkil olunacaq.

Azpromo-dan “APA-Economics”ə verilən məlumata görə, 22-25 oktyabr tarixində Bakı şəhərində keçiriləcək “BakuBuild 2019” sərgisi çərçivəsində ilk dəfə olaraq Azərbaycan ərazisinə alıcı missiyası təşkil olunacaq. Missiyanın təşkili sərgidə nümayiş olunan məhsullara maraq göstərən Gürcüstan, İran, Rusiya, Özbəkistan və digər ölkələrdən olan potensial müştərilər üçün maksimum səmərəli və rahat iş şəraitinin yaradılması məqsədi ilə həyata keçiriləcək.

Azpromo-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayevin sözlərinə görə, “Azərbaycan ərazisinə alıcı missiyalarının təşkili” mexanizmi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin 5 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş 10 fərqli mexanizm- dəstək tədbirindən biridir. Sözügedən mexanizm “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq, yerli məhsulların ixracının genişləndirilməsi, eləcə də, qeyri-neft istehsalının stimullaşdırılmasında mühüm rol oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR