Özbəkistanlı nazir: "TDƏŞ ölkələri yeni bazarlara birgə çıxmaq üçün səy göstərməlidirlər"

Özbəkistanlı nazir: "TDƏŞ ölkələri yeni bazarlara birgə çıxmaq üçün səy göstərməlidirlər"
# 14 oktyabr 2019 16:01 (UTC +04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ölkələri yeni bazarlara birgə çıxmaq üçün səy göstərməlidirlər.

"APA-Economics"in məlumatına görə, bu barədə Özbəkistanın İnvestisiya və Xarici Ticarət naziri Sardor Umurzakov TDƏŞ-in VII Zirvə Görüşü çərçivəsində Bakıda keçirilən biznes forumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, söhbət MDB, Cənubi Asiya və Afrika bazarlarından gedir.

S. Umurzakov qeyd edib ki, bu ilin yanvar-avqust aylarında Özbəkistanın Şura ölkələri ilə ticarət dövriyyəsi 5 mlrd. ABŞ dolları təşkil edib, bu da ötən ilin müvafiq dövrünə nisbətən 20% çoxdur. Özbəkistanda TDƏŞ ölkələrinin kapitalı ilə 2 100 şirkət fəaliyyət göstərir.

Nazirin fikrinə görə, Şuraya üzv olan ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsi olduqca vacibdir, bu baxımdan ticarət missiyalarının, tədbirlərin və sərgilərin təşkili labüddür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR