Qazaxıstanın Baş nazirinin müşaviri: TDƏŞ ölkələri iqtisadi inkişafa mane olan ticarət baryerlərini aradan qaldırmalıdır

Qazaxıstanın Baş nazirinin müşaviri: TDƏŞ ölkələri iqtisadi inkişafa mane olan ticarət baryerlərini aradan qaldırmalıdır
# 14 oktyabr 2019 15:52 (UTC +04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlər iqtisadi inkişafa mane olan mövcud ticarət baryerlərini aradan qaldırılmasına səylər göstərməlidir.

"APA-Economics"in məlumatına görə, bunu TDƏŞ-in VII Zirvə görüşü çərçivəsində Bakıda keçirilən biznes forumda çıxış edən Qazaxıstanın baş nazirinin müşaviri Berdıbek Saparbayev deyib.

Onun sözlərinə görə, söhbət qeyri-xammalın türkdilli, həmçinin üçüncü ölkələrin bazarlarına çıxmasına liberal şəraitin yaradılmasından gedir.

"Şuraya üzv ölkələr logistika və nəqliyyat sahələrinin inkişafına yönələn səyləri ölkələrində iqtisadiyyatın inkişafında böyük rol oynayacaq. Bu səbəbdən ölkələr arasında yükdaşımalar çərçivəsində dəniz limanlarının inkişafı və gəmilərin sayının artırılması vacibdir", - deyə B. Saparbayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR