Sahibkarlığın İnkişafı Fondu indiyədək sahibkarlara 2,3 mlrd. manatdan çox güzəştli kredit verib

Sahibkarlığın İnkişafı Fondu indiyədək sahibkarlara 2,3 mlrd. manatdan çox güzəştli kredit verib
  • Clock-gray 10:59
  • calendar-gray 31 İyul 2019

Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 36 mindən çox sahibkara dəyəri 5,2 mlrd. manatdan artıq olan layihələrin maliyyələşdirilməsinə 2,3 mlrd. manat məbləğində güzəştli kredit verilib.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəştli maliyyə dəstəyi” mövzusunda keçirilən konfrans zamanı deyib.

Onun sözlərinə görə, verilən kreditlərin hesabına 166 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə tutur.

"Kreditlərin 1 mlrd. manatı büdcə, 1,3 mlrd. manatı isə Fonda geri qaytarılan vəsaitlərin hesabına verilib", - deyə S. Məmmədov qeyd edib.

Nazir müavinin sözlərinə görə, verilmiş kreditlərin 26%-i Bakı şəhərinin qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib. Kreditlərin 68%-i aqrar sektorun, 32%-i isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəlib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date