Səfir: "Son dörd ildə Azərbaycanla Meksika arasında ticarət dövriyyəsi 9 dəfə artıb"

Səfir: "Son dörd ildə Azərbaycanla Meksika arasında ticarət dövriyyəsi 9 dəfə artıb"
# 03 iyul 2019 10:14 (UTC +04:00)

Son dörd il ərzində Azərbaycanla Meksika arasında ticarət dövriyyəsi 2,4 mln. ABŞ dollarından 22 mln. dollaradək artıb. Bunu "APA-Economics"ə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

Səfirin sözlərinə görə, ötən il bu göstərici rekord həddə çatıb və 26 mln. dollar təşkil edib.

“Azərbaycan və Meksika arasında ikitərəfli əlaqələr çox yaxşı inkişaf edir və ticari əlaqələr bunun bariz nümunəsidir. Meksikanın Azərbaycandakı Səfirliyi 2014-cü ildən fəaliyyətə başlayıb və bu müddət ərzində ölkələr arasında tiacri əlaqələr 9 dəfə artıb. Ölkələr arasında turizm sahəsində də əlaqələr inkişaf edir. Belə ki, 2018-ci ildə Azərbaycana gələn meksikalı turistlərin sayı 9%, Azərbaycandan Meksikaya gedən turistlərin sayı isə 19% artıb”, - deyə R. Labardini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR