Səfir: Latviyanın süd məhsulları istehsalçıları Azərbaycan bazarını araşdıracaq

Səfir: Latviyanın süd məhsulları istehsalçıları Azərbaycan bazarını araşdıracaq
# 30 oktyabr 2019 17:01 (UTC +04:00)

Azərbaycanın ərzaq bazarı Latviya şirkətləri üçün böyük maraq kəsb edir və bu sahədə ölkələr arasında olan ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur.

Bunu "APA-Economics"ə Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançis deyib.

Onun sözlərinə görə, ərzaq məhsulları Latviyanın ixracında əsas mövqe tutur, bu sahə 2015-2017-ci illərdə müşahidə olunan böhran zamanı böyük ziyanla qarşılaşıb.

"Böhran təsirsiz ötüşmədi. Süd məhsulları istehsalçıları bazar paylarını əhəmiyyətli dərəcədə itirdi. Hazırda isə biz bu illərdən öncəki illərin səviyyəsinə yaxınlaşırıq. Bu gün Latviya şirkətlərini Azərbaycana gəlişinin də əsas məqsədi məhz ixracın artırılmasıdır", - deyə səfir qeyd edib.

Səfir əlavə edib ki, hazırda Bakıya Latviyanın 5 süd məhsulları istehsalçıları və 1 quru meyvə istehsalçısının nümayəndələri gəlib və onlar burada yerli bazarı araşdıracaq: "Onlarla yerli ticarət şəbəkələri arasında görüşlər keçiriləcək. Bu şirkətlərin Azərbaycana gəlişi tanışlıq xarakteri daşıyır və imkanları araşdırmasından ibarətdir", - deyə D. Qarançs əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR