Səfir: Meksika şirkətləri Azərbaycanda biznes quraraq, fəaliyyətlərini regionda genişləndirə bilərlər

Səfir: Meksika şirkətləri Azərbaycanda biznes quraraq, fəaliyyətlərini regionda genişləndirə bilərlər
# 07 noyabr 2019 12:46 (UTC +04:00)

Meksika şirkətləri Azərbaycanda biznes quraraq, öz fəaliyyətini region bazarlarına genişləndirə bilər.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov deyib.

Onun sözlərinə görə, son zamanlar Azərbaycanda infrastrukturun inkişafı ölkəni bir növ regional xaba çevirməkdədir. Bu da Meksika şirkətləri üçün müəyyən qədər faydalı ola bilər ki, onlar Azərbaycanda öz filiallarını açsın.

"Ümumilikdə, Azərbaycandakı olan təhlükəsizlik səviyyəsi, “Doing Business”də olan yüksək göstəricilər və şirkətlər üçün yaradılan gözəl şərait təbii ki, Meksika şirkətlər tərəfindən də istifadə oluna bilər. Düşünürəm ki, bütün bunlar gələcəkdə çox əlverişli şərait yaradacaq", - deyə səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR