SİF və KOSGEB arasında anlaşma memorandumu imzalanıb

SİF və KOSGEB arasında anlaşma memorandumu imzalanıb
# 31 iyul 2019 12:29 (UTC +04:00)

Azərbaycan İqtisad Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə Türkiyənin Kiçik və Orta Sahibkarlığın İnkişafı və Dəstəklənməsi Birliyi (KOSGEB) arasında anlaşma memorandumu imzalanıb.

"APA-Economics"in məlumatına görə, memorandum çərçivəsində qurumlar arasında təcrübə mübadiləsi aparılacaq.

Anlaşma memorandumunu SİF-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Samir Hümbətov və KOSGEB-in İdarə Heyətinin sədrinin müavini Salih Tuna Şahin imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR