SOCAR qeyri-neft ixracını 17% artırıb

SOCAR qeyri-neft ixracını 17% artırıb
# 30 avqust 2019 15:54 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə Azərbaycanda dövlətə məxsus ixracatçı subyektlərin reytinqinə 134,8 mln. ABŞ dolları ilə (ötən ilin müvafiq dövrü ilə nisbətdə 17% artım) SOCAR-ın “Marketinq və iqtisadi əməliyyatlar idarəsi” liderlik edir.

APA-Economics”in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi hesabatda qeyd olunub.

Məlumata əsasən, reytinq üzrə ikinci yerdə 56,4 mln. dollarla “Azərenerji” ASC qərarlaşıb. Müəssisənin ixrac üzrə göstəricisi 2018-ni ilin yanvar-iyulda qeydə alınan göstəriciyə bərabərdir.

Reytinqdə üçüncü pilləsində isə “Azəralüminium” MMC yer alıb. Müəssisə bu ilin yanvar-iyul aylarında 54,9 mln. dollarlıq məhsul ixrac edib.

Hesabat dövründə “Azergold” QSC də yüksək göstəricilərə nail olub. Belə ki, cari ilin yanvar-iyul aylarında QSC 45,2 mln. dollarlıq məhsul ixrac edib ki, bu da 2,7 dəfə artım deməkdir. “Azergold” reytinqin 4 pilləsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR