Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqlənib

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqlənib
# 31 iyul 2019 16:41 (UTC +04:00)

Bu gün Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasındakı qarşılıqlı ticarət və investisiya imkanlarının genişləndirilməsinə dəstək məqsədilə yaradılan Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) İstanbulda ilk iclası keçirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanı sözügedən qurumda ASK-ın prezidenti Məmməd Musayev təmsil edib.

İclasın açılışında Türkiyənin Ticarət naziri Ruhsar Pekcan, TOBB (Türk Odalar və Borsalar Birliyi) rəhbəri M. Rifat Hisarcıklıoğlu, Türk Şurasının Baş katibi Bağdad Amreyev, ASK-ın prezidenti Məmməd Musayev, Qazaxıstan Beynəlxalq Sahibkarlar Palatasının rəhbəri Ablay Myrzahhmetov və Qırğızıstan Respublikası Ticarət və Sənaye Palatasının rəhbəri Marat Sharshekeev çıxış ediblər.

Qeyd edək ki, ilkin mərhələdə TDTSP-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan təmsil olunacaq. Sonradan başqa türkdilli dövlətlərin də daxil olması gözlənilir.

M. Rifat Hisarcıklıoğlunun sözlərinə görə, bu 6 ölkənin 1,1 trln. ABŞ dollarlıq iqtisadi dövriyyəsi var və 160 milyonluq əhaliyə sahibdir.

Keçirilən səsvermə nəticəsində Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının təşkilatı strukturu təsdiqlənib. Palatanın prezidenti vəzifəsi M. Rifat Hisarcıklıoğluna həvalə edilib, baş katib isə Adem Kula seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR