Ukrayna şirkəti Azərbaycanda idman qidası və gigiyenası məhsullarının istehsalında maraqlıdır

Ukrayna şirkəti Azərbaycanda idman qidası və gigiyenası məhsullarının istehsalında maraqlıdır
# 12 iyul 2019 14:43 (UTC +04:00)

Ukrayna şirkəti Azərbaycanda idman qidası və gigiyenası məhsullarının istehsalını təşkil etmək niyyətindədir.

"APA-Economics"in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, Fonda Ukraynanın "Power Pro" şirkətinin peşəkar idmançı və sağlam həyat tərzi sürən insanlar üçün qida və gigiyena məhsullarının Azərbaycanda istehsalı ilə bağlı əməkdaşlıq təklifi daxil olub.

Sözügedən şirkətlə əməkdaşlıq etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR