Ulduz şokolad fabriki növbəti karyera sərgisində iştirak edib

Ulduz şokolad fabriki növbəti karyera sərgisində iştirak edib
# 28 oktyabr 2019 18:03 (UTC +04:00)

Ulduz şokolad fabriki 25 oktyabr tarixində Qərbi Kaspi Universiteti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin birgə təşkilatçılığı ilə “Karyerada ilk addım” adlı karyera sərgisində iştirak edib.

APA-nın xəbərinə görə, ümumilikdə 55 aparıcı şirkətin qatıldığı tədbirdə İnsan resursları və ictimaiyyətlə əlaqələr bölməsi ilə təmsil olunan fabrik mövcud vakansiyaları ilə savadlı və iş potensialı ilə seçilən gənclər tərəfindən maraqla qarşılanıb.

Açılışı edən universitetin rektoru, professor Andris Leitas, daha sonra şirkətlərin stendlərinə yaxınlaşaraq tanış olub və uğurlar diləyib.

Saat 10:00-dan başlayan sərgi saat 13:00-dək davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR