43 dövlət əmlakı hərraca çıxarılır

43 dövlət əmlakı hərraca çıxarılır
# 25 may 2022 16:03 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 14-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.

Xidmətdən “APA-Economics”ə verilən məlumata görə, hərraca 43 dövlət əmlakı çıxarılıb. Bunlardan 12-si kiçik dövlət müəssisəsi və obyekti, 1-i yarımçıq tikili, 30-u isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri arasında iaşə obyekti, yardımçı təsərrüfat, yun tədarükü məntəqəsi var. Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyətini torpaq sahələri ilə birgə özəlləşdirmək mümkündür. Əmlakların ümumi faydalı sahəsi 16 kvadratmetrlə 9297 kvadratmetr arasında dəyişir.

Nəqliyyat vasitələrinin markaları da müxtəlifdir. Hərraca çıxarılan 30 avtomobilin ilkin start qiyməti 1500 manatla 6750 manat arasında dəyişir. İstehsal tarixləri isə 1970-2011-ci illəri əhatə edir.

Tam siyahı ilə Xidmətin rəsmi saytından tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR