“ABC-Telecom”a qarşı iş qaldırılıb

“ABC-Telecom”a qarşı iş qaldırılıb
# 16 may 2022 16:01 (UTC +04:00)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mobil telefon cihazları bazarında fəaliyyət göstərən təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.

Xidmətdən “APA-Economics”ə verilən məlumata görə, sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməməklə araşdırmanın çevik və effektiv aparılmasına əngəl yaratdığı üçün “ABC-Telecom” MMC (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR