ABŞ-ın ən yaxşı işəgötürənləri müəyyənləşib - REYTİNQ

ABŞ-ın ən yaxşı işəgötürənləri müəyyənləşib - REYTİNQ
# 12 yanvar 2022 16:01 (UTC +04:00)

Məşhur kadr xidməti şirkəti və iş axtarışı platforması olan "Glassdoor" ABŞ-ın ən yaxşı işəgötürənlərinin 2021-ci il üzrə reytinqini hazırlayıb.

"APA-Economics"in "Glassdoor"a istinadən verdiyi məlumata görə, 2021-ci ildə ABŞ-da insanların ən çox işləmək istədiyi şirkət "Nvidia Corporation" transmilli texnologiya şirkəti olub. İkinci pillədə proqram təminatı məhsullarının tərtibçisi və marketinqi ilə məşğul olan "HubSpot" şirkəti qərarlaşıb. 2020-ci ilin lideri olan "Bain & Company" menecment konsaltinqi şirkəti isə üçüncü pilləyə enib.

Maraqlı yerdəyişmələrə gəldikdə, "Meta" (əvvəlki "Facebook") texnologiya şirkəti 36 pillə geriləyərək 11-ci yerdən 47-ci yerə enib.

Qeyd edək ki, "Glassdoor" keçmiş və indiki işçilərin rəylərinə, iş şəraitinə, əməkhaqqı və işçilərə verilən digər təzminat növlərinə əsasən şirkətləri təzminat növlərinə əsasən sıralayır.

Ən yaxşı işəgötürənlər reytinqi – TOP-20:

#

Şirkətlər

1

Nvidia Corporation

2

HubSpot

3

Bain & Company

4

eXp Realty

5

Box

6

Boston Consulting Group

7

Google

8

Veterans United Home Loans

9

Lululemon

10

Salesforce

11

Royal Caribbean Group

12

NASA Jet Propulsion Laboratory

13

Five9

14

Twilio

15

Johns Hopkins University Applied Physics Laboratory

16

Adobe

17

Akamai

18

Delta Air Lines

19

LinkedIn

20

Rivian

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR