ABŞ ötən il Rusiya dondurmasının əsas idxalçısı olub

ABŞ ötən il Rusiya dondurmasının əsas idxalçısı olub
# 21 yanvar 2022 16:34 (UTC +04:00)

Rusiya 2021-ci ildə 84,5 mln. ABŞ dollarına 32,8 min ton dondurma ixrac edib ki, bu da 2020-ci illə müqayisədə müvafiq olaraq 26,5% və 49,8% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi yanında Aqroeksport Mərkəzinin açıqlamasında deyilir.

Məlumata görə, ötən il Rusiya dondurmasının ən böyük alıcısı ABŞ olub. Belə ki, hesabat ilində ABŞ Rusiyadan 10,6 min ton dondurma idxal edib ki, bu da illik müqayisədə 2,8 dəfə çoxdur. İdxalın dəyəri il ərzində 3,1 dəfə artaraq 28,7 mln. dollar təşkil edib.

İkinci yerdə 2020-ci ilin lideri Qazaxıstan olub. Fiziki ifadədə Rusiyadan Qazaxıstan bazarına dondurma tədarükü 12,2% azalaraq 9,6 min tona, dəyər ifadəsində isə 10,6% artaraq 21,5 mln. dollara çatıb.

İdxalçıların ilk üçlüyünü Monqolustan qapadır. Rusiyadan bu ölkəyə dondurma ixracının dəyəri 5,7 mln. dollara, həcmi isə 2,2 min ton təşkil edib ki, bu da 2020-ci illə müqayisədə müvafiq olaraq 7,1% və 18,9% çoxdur.

Ümumilikdə keçən il Rusiya dondurması dünyanın 20-dən çox ölkəsinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR